Baş rollarda Özcan Dəniz və Özgü Namalın oynadığı "Qızıl Qönçələr" serialı ətrafında qalmaqal səngimək bilmir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, RTÜK (Radyo ve Televizyon Üst Kurulu) layihəni 9 milyon TL cərimələyib və yayımının iki dəfə dayandırılmasına qərar verib. Bundan sonra FOX TV və serialın prodüser şirkəti "Gold Film" RTÜK-ün cəzasına qarşı çıxaraq əks iddia qaldırıb və məhkəməyə müraciət edib.
Məhkəmə gələn bazar ertəsinə qədər “icranın dayandırılması” qərarını verməzsə, “Qırmızı Qönçələr”ın 3-cü bölümü yanvarın 8-də nümayiş etdirilməyəcək.
Xatırladaq ki, serial ətrafında qalmaqal yaranmasının səbəbi layihənin ilk bölümündə çəkilən qamçı səhnələri olub. Qəzəblənən izləyicilər RTÜK-ün qaynar xəttinə serialı şikayət etdikdən sonra təyin edilmiş məkanlarda çəkilişlərin aparılmasına icazə verilməyib.