İranın cənub-şərqində yerləşən Kerman vilayətində törədilən partlayış ilə bağlı araşdırma aparılır.
Publika.az xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi məlumat verib.
O qeyd edib ki, faktlar təsdiqlənən kimi insanlara məlumat veriləcək. "Şayiələrə fikir verməməlidirlər”, - nazir deyib.
Nazirin sözlərinə görə, ilk partlayış saat 15:00-da, ikinci partlayış isə insanlar köməyə toplaşanda baş verib. İkinci partlayışda isə ölənlərin və yaralananların sayı daha çox olub.
"Fars" agentliyi qeyd edib ki, terror hadisəsi zamanı dörd polis ölüb.
Qeyd edək ki, Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103-ə çatıb.