"Çelsi" və "Aston Villa" sol cinah müdafiəçisi Yan Matsenin transferi ilə bağlı razılığa gəliblər.
Publika.az xəbər verir ki, "mavilər" futbolçunun satışından 30-35 milyon funt sterlinq qazanacaq. Birmingem klubu isə Niderland millisinin üzvü ilə 6 illik müqavilə imzalayacaq. Bu keçid Niderland millisi ilə Avro-2024-də çıxış edən Yanın İngiltərəyə qayıtmasından sonra rəsmiləşəcək.
“Çelsi”nin yeni baş məşqçisi Enzo Mareskanın planında olmayan Matsen ötən mövsümün ikinci hissəsini icarə əsasında Dortmund “Borussiya”sında keçirib. O, daimi olaraq Almaniya klubunun start heyətində çıxış edib və komandanın Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edib.
Dortmund klubu futbolçunu saxlamaq istəsə də, transferi reallaşdırmaq üçün pul tapmayıb. "Çelsi" isə maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün müdafiəçini mümkün qədər yüksək qiymətə satıb.
Qeyd edək ki, ötən mövsüm 22 yaşlı Matsen 38 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Heybət