Britaniyadakı dəri ilə bağlı yeni araşdırma yaşlanma əlamətlərini yavaşlatmağa kömək edə bilər.
QÜTB.AZ xəbər verir ki, Kembricdəki “Wellcome Sanger İnstitutu”nda aparılan araşdırma zamanı bir qrup alim insan bədəninin kök hüceyrədən dəri yaratma prosesini kəşf edib və hətta laboratoriyada kiçik miqdarda dəri istehsal edib.
Bu kəşf yalnız yaşlanmaya qarşı mübarizə üçün deyil, həm də nəql üçün süni dəri istehsalı və çapıqların qarşısını almaq üçün istifadə edilə bilər.
Layihənin rəhbərlərindən biri, professor Muzlifah Haniffa bu kəşfin alimlərə xəstəlikləri daha effektiv müalicə etməyə, eyni zamanda insanlara daha uzun müddət sağlam qalmağın və bəlkə də daha gənc görünməyin yollarını tapmağa kömək edəcəyini bildirib.