29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dalğıclar gölün dibinə baş vurdular: Gördüklərindən dəhşətə gəldilər

26 fev 2024 07:00
HADİSƏ
ads

Könüllü dalğıc qrupunun lideri Skott Rose komandasının Şimali Karolinadakı Jacks Creek gölündə bu yaxınlarda gördükləri haqda paylaşım edib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, dalğıclar ilk dəfə 1982-ci ildən axtarılan konkret avtomobilə uyğun radiator tapıblar. Bundan sonra isə suda insan qalıqları da aşkarlayıblar.

Bu zaman dalğıclar mümkün dəlilləri qoruyaraq avtomobili sudan çıxarmağın ən yaxşı yolunu tapmaq üçün Şimali Karolina ştatının polisi ilə əlaqə saxlayıblar.

Lazımi icazə aldıqdan sonra su anbarında suyun çoxunu boşaldıblar və antropologiya mütəxəssisləri qalıqları araşdırıb.

Su çəkildikdən sonra onlar maşına çata biliblər və onun nömrələri itkin şəxsin 1982-ci ildə sürdüyü 1975-ci il istehsalı olan "Camaro" avtomobilinin nömrələrinə uyğun gəlib.

Bu tapıntı 1982-ci il dekabrın 10-da həmin yerdən təxminən 30 dəqiqə aralıdakı bir bardan çıxandan sonra itkin düşən Uilyam Klifton, Devid Makmiken və Maykl Normanın müəmmalı yoxa çıxmalarının həlli üçün açar ola bilər.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur