“Real Madrid”in 19 yaşlı türkiyəli yarımmüdafiəçisi Arda Gülər oyun təcrübəsi olmadığı üçün klubdan ayrılmağı planlaşdırmır.
QÜTB.AZ xəbər verir ki, “The Athletic”in məlumatına görə, Gülərlə digər klublar maraqlanıb və ona müqavilə təklif etməyə hazırdırlar.
Bununla belə, gənc futbolçu başqa kluba keçmək istəmədiyini və komandanın əsas oyunçusu olmaq üçün çalışacağını açıqlayıb.
Nəşr onu da yazır ki, Gülər İspaniyaya uyğunlaşması üçün artıq şəxsi aşpaz, fizioterapevt və fitnes məşqçisi də işə götürüb.
Gülər yeni mövsümdə artıq 11 oyun keçirsə də, hələ ki, qol vura bilməyib.