Çin ABŞ-ın haker hücumlarını dəstəklədiyinə dair ittihamlarını rədd edir.
Publika.az xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyindən bildirilib.
"Biz Çinə qarşı istənilən əsassız böhtan və ittihamlara qarşıyıq. Çin kiberhücumların əsas qurbanıdır. Biz haker hücumlarının bütün formalarına qarşı qəti mövqe nümayiş etdiririk və onlarla mübarizə aparmaq üçün qanuni üsullardan istifadə edirik. Çin hakerlərin hərəkətlərini təşviq etmir, dəstəkləmir", - səfirlikdən verilən açıqlamada bildirilib.(Axar.az)