Belçika Ukraynaya ümumi dəyəri 1 milyard avro olan hərbi yardım paketi təqdim edəcək. Paketə müxtəlif hərbi texnika və silahlar daxildir.
Qutb.az xəbər verir ki, TILD nəşrinin məlumatına görə, bu məbləğin 650 milyon avrosundan çoxu Belçika mənşəlidir.
“Bu, bizim yerli sənaye istehsalımızdır, bu isə o deməkdir ki, vəsaitin əhəmiyyətli bir hissəsi yenidən ölkəmizin iqtisadiyyatına qayıdır və müdafiə sənayesində məşğulluğu dəstəkləyir”, – deyə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
Nəşrin qeyd etdiyi kimi, paketin tərkibinə bunlar daxildir:
Bundan əlavə, Belçika F-16 koalisiyası çərçivəsində ukraynalı texniki xidmət mütəxəssislərinin hazırlanmasına sərmayə qoyacaq və bunu Belçika müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcək. Belçika həmçinin Ukraynada 70 mm-lik raketlərin istehsalının yerli şirkətlərlə əməkdaşlıqla başlamasını dəstəkləyir.
Belçika ukraynalı F-16 pilotlarının, gələcək minaaxtaran gəmi heyətlərinin hazırlanması və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə təlimlər də keçirəcək.
Mayın əvvəlində Almaniya Ukraynaya yeni hərbi yardım paketi göndərdi. Paketə IRIS-T hava hücumundan müdafiə sistemləri üçün raketlər, mina partlayışlarına qarşı qorunan 66 ədəd MRAP zirehli nəqliyyat vasitəsi, 4 kinetik müdafiə maşını və 3 təkərli Zuzana-2 haubitsası daxil idi.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də yaxın vaxtlarda daha çox sursat alınacağını bildirib. Onun sözlərinə görə, “çex təşəbbüsü” çərçivəsində 2025-ci ilin sonuna qədər Ukrayna əlavə 1,8 milyon sursat əldə edə bilər. Çexiya Prezidenti Petr Pavel bu təşəbbüs sayəsində cəbhədə sursat nisbətinin 1:2 səviyyəsinə endirildiyini qeyd edib.