Zabratda təkər tullantıları toplanan ərazidə yanğın olub.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.