Hindistanın şərqində qatar qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qatarın on iki vaqonunun relsdən çıxması nəticəsində azı 9 nəfər ölüb, 100 yaxın sərnişin isə xəsarət alıb.
Qəzadan sonra dəmir yolunda qatarların hərəkəti dayandırılıb.
Qatarın hansı səbəbdən relsdən çıxması məlum deyil.
Hadisə ilə bağlı araşdırma başlayıb.
Milli.Az