PSJ “Napoli”nin vingeri Xviça Kvaratsxeliya üçün 100 milyon avro ödəməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Kvaraxtzelia 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Bu mövsüm 23 yaşlı gürcü 44 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 80 milyon avro qiymətləndirir. Onun neapollularla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Kvaraxtseliya “Dinamo” (Batumi), “Rustavi”, “Rubin” və Moskvanın “Lokomotiv” klublarında çıxış edib.