28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Psixoloqdan Tolikə SƏRT REAKSİYA: “Bu kateqoriyadan olan məxluqlara…”

25 yan 2024 12:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, psixoloq Samirə Bağırova bu günlərdə sosial verilişlərdə iştirak etmək üçün ondan xeyli pul tələb edildiyinə dair açıqlama verib:

“"Xəzər" telekanalında Lalə Azərtaşın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin verilişi üçün isə 15-18 min manat pul tələb edirlər”.

“Niyə 18 min almasınlar ki?!”

Psixoloqun bu fikirlərinə prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) aparıcısı olduğu verilişdə cavab verib:

“Verilişlər niyə psixoloqdan pul istəməməlidir? Əgər Samirə Bağırova özünü reklam etmək istəyirsə, telekanalların ona borcu yoxdur. Psixoloq məgər camaatı havayı qəbul edir, yoxsa 1 saatına minimum 100 manat alır? Niyə efiri Samirə Bağırovaya havayı verməlidirlər?

Məsələn, mən Samirənin ala gözünə, qara qaşına aşiqəm ki, onu efirimə dəvət edim? Onun qeyri-adi nə psixoloji istedadı var ki?! Bir qəbulu 300 manatdır, niyə telekanal ondan 18 min manat almasın ki? Telekanalların Samirənin dədəsinə borcu var?!”

Əlavə edib ki, o Zauru da, Xoşqədəmi də, Lalə xanımı da dəstəkləyir:

“Onlar düz eləyir. Samirə Bağırovaya da deyirəm ki, Xoşqədəmgil səndən 18 min istəyibsə, eybi yoxdur, gəl, mənə 10 min ver, otur verilişimdə, gör 18 minlik veriliş necə olur, 10 minlik necə olur”. Səslənən iradlarla bağlı psixoloq Samirə Bağırovanın fikirlərini öyrənmək istədik.

Publika.az xəbər verir ki, onun mövzu ilə bağlı Bizim.Media-ya açıqlaması konkret olub: “Mən ümumiyyətlə, bu kateqoriyaya mənsub varlıqlara fikir bildirmirəm”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur