13.01.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tulin Ələkbərova: "Özümü öldürmə dərəcəsinə çatmışam"

10 yan 2025 22:00
İDMAN
ads
Advertisement

Azərbaycanlı kikboksçu Tulin Ələkbərova barəsində sosial media hesablarında yayılan montajlı şəkillərin silinməsini tələb edir.

QÜTB.AZ xəbər verir ki, bu barədə o, Oxu.Az-a verdiyi açıqlamada qeyd edib.

Kikboksçu bildirib ki, onun şəkili qeyri-etik formada redaktə edilərək sosial media hesablarında yayılıb:

"Bir neçə gün bundan əvvəl Aysu Qəhrəmanova adlı idmançı tərəfindən mənəmmiş kimi bir şəkil montaj edilərək paylaşılıb. Mən həmin qızdan Abşeronda polis idarəsinə şikayət etmişəm. İki gün sonra qız idarəyə çağırıldı. O, şəkli öz telefonundan silib. Lakin bunu bütün sosial şəbəkə hesablarında yaymışdı. Öz "TikTok" hesabından da sildi. Üzr istəmədən, mən şikayəti geri çəkmədən qız çıxıb gedib. Bütün sosial şəbəkədə paylaşılan montajlı formada mənəmmiş kimi qələmə verilən şəkillərim başqasının qeyri-etik səsi ilə paylaşılıb. Əslində elə bir şey yoxdur. Mən sadəcə olaraq bundan narahatam. Mənim adımı pisə çıxardırlar, bu, karyerama mənfi təsir edir. Bir neçə tələbəmi buna görə itirmişəm. Ailəvi problem yaşayıram. Nişanlanacağım oğlanın ailəsi görüb. Pis vəziyyətdəyəm. Özümü öldürmə dərəcəsinə çatmışam".

Tulin Ələkbərova bu məsələnin qloballaşmasını, problemin aradan qaldırılmasını, qızın isə cəzalandırılmasını istəyir:

"Hansı sosial şəbəkədə, mediada paylaşılıbsa, bunlar aradan götürülsün ki, mən normal həyatıma davam edim. Bütün platformalardan mən bunun silinməsini tələb edirəm. Mən canıma qəsd edəndən sonra buna kim cavabdeh olacaq?"

Xatırladaq ki, kikboksçu Tulin Ələkbərova bir müddət əvvəl sevgilisi tərəfindən ölümcül döyülmüşdü.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur