29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ulduz mədəkiçiltmə əməliyyatından sonra öldü: Haydarovun klinikasında axtarış başladı

28 fev 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Plastik cərrah Timur Haydarovun “IQ Plastique” klinikasında prodüser və iş adamı Pyotr Qavrilovun ölümündən sonra axtarış başlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.

Rusiya İstintaq Komitəsi adı çəkilən müəssisədə 35 yaşlı ulduzun mədəkiçiltmə əməliyyatından 10 gün sonra dünyasını dəyişməsindən sonra araşdırma təşkil edib. Qeyd olunur ki, idarənin rəisi Aleksandr Bastrıkin işi şəxsən nəzarətə götürüb.

Axtarış yerində Haydarovun həyat yoldaşı Svetlana Silvaşi olub. Məlumdur ki, klinikadan evə buraxıldıqdan üç gün sonra Qavrilov özünü pis hiss edib - fevralın 20-də o, təcili yardım çağırıb və döş qəfəsində və qarın nahiyəsində ağrılardan, nəfəs darlığından şikayətlənib. İş adamı xəstəxanaya yerləşdirilməkdən imtina edib və tezliklə vəziyyəti pisləşib, komaya düşüb və ölüb.

İlkin məlumata görə, ölümə səbəb qan zəhərlənməsi olub. Qavrilovun qohumları infeksiyanın əməliyyat zamanı keçdiyini iddia edirlər. Onlar Haydarovu məhkəməyə vermək niyyətindədirlər. Cərrahın özü hələlik vəziyyəti şərh etməyib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur