29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanın məşhur idmançılarının həbsinin təfərrüatları

01 fev 2024 13:00
İDMAN
ads

"Tərəflərin hər biri ilə söhbət etmişəm, məsələni araşdırmışam. Bu məsələ ictimaiyyətdə bir qədər şişirdilir".

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov deyib. Onun sözlərinə görə, tərəflər arasında kiçik anlaşılmazlıq olub. Amma ciddi mübahisə və ya başqa bir insident yaşanmayıb:

"Həm Həsən müəllim, həm də Ruslan müəllim (red - Həsən Əzizov və Ruslan Əfəndiyevi nəzərdə tutur) peşəkar, işini bilən, tərbiyəli insanlardır. Onlar Azərbaycan idmanına həmişə faydalı olublar. Çox sayda yetirmələri var. Xəbəri eşidəndə şok oldum. Bu hadisənin bu qədər böyüyəcəyini gözləmirdim. İnsanlar arasında anlaşılmazlıq, fikir ayrılığı ola bilər. Mən hər biri ilə görüşüb söhbət etmişdim. Həsən müəllimlə bu məsələ ilə bağlı 5 saatlıq söhbətimiz olub. Bildiyim budur ki, bu qədər böyüdücüləcək bir hadisə olmayıb.

İctimaiyyətdə bu məsələ tamam başqa formada təqdim edilir. Bu da haqlı olaraq valideynlərdə, azarkeşlərdə narahatlıq yaradır. Çünki hər biri MMA-nın tanınmış, öndə gedən simalarıdır. Müəllimlərimizin yetirmələri və böyük nüfuzları var. Bu idman növünün belə təqdim edilməsi heç də yaxşı deyil.

Qərardan göründüyü kimi, Tofiq Musayev və Mehman Məmmədov sərbəst buraxılıb. Düşünürəm ki, yaxın günlərdə digərləri də sərbəst buraxılacaq. Bu məsələ araşdırılır. Çünki elə ciddi hadisə baş verməyib".

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törədib. Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur