ABŞ-ın Şimali Karolina ştatında balaca qızın otağından 60 mindən çox arı çıxarılıb.
Publika.az xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərindəki fermada yaşayan 3 yaşlı Seylor Klass otağında canavar gördüyü üçün valideynlərinə şikayət edib.
Uşağın ana və atası əvvəlcə qızın şikayətinə əhəmiyyət verməyiblər.
Şikayətlər artdıqca, ailə hərəkətə keçib. Sonrakı aylarda uşağın anası xeyli arının evin çardağına girdiyini görür. Evə arıçı çağıran valideynlər gördüklərinə inanmırlar.
Arıçı özü ilə gətirdiyi termal kamera ilə kiçik qızın otağının divarını skan edib və çardaqda on minlərlə arının yuva saldığını aşkar edir. Arıçı çardaqdan təxminən 55-65 min arı və 45 kiloqram pətək çıxarıb.
Evdən çıxarılan arılar vakuum aparatının köməyi ilə pətəyə yığılıb. Arıların 8 aydan çox çardaqda yuva qurduğu düşünülür.
Aysel Şahmar