Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası üçün bütün imkanları yaradıb.
QÜTB.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Biz öz evlərini tərk etmiş əhaliyə ora qayıtmaq üçün imkanın yaradılmasına yönəldilən konstruktiv addımları dəfələrlə şərh etmişik, vurğulamışıq. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq izahatlar və izahlar alırıq... Mən bir daha vurğulamaq istəyirəm ki, qayıtmaq imkanı yaradılıb”, - deyə diplomat bildirib.