Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandanın hücumçusu Kriştiano Ronaldoya yaxın olan şəxslərə milli ilə eyni oteldə qalmağa qadağa qoyub.
Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kriştianonun yaxınları və dostları həmişə komanda görüşlərində olub, portuqaliyalı ulduzu müşayiət edib və otağında da olublar. Baş məşqçi bu qərarda futbolçuların və xüsusilə Ronaldonun konsentrasiyasını artırmaq üçün israr edib. Komanda forvardın bu şərtlə razılaşmasını yüksək qiymətləndirir.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatında Portuqaliya millisi Çexiya, Türkiyə və Gürcüstan ilə eyni qrupda yarışacaq. Kriştiano Ronaldonun komandası Avro-2024-ün açılış matçını iyunun 18-də Çexiyaya qarşı keçirəcək.
Heybət