12.09.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

"Göy məscid"in qarşısındakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 sen 2025 19:00
HADİSƏ
ads
Advertisement

Bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Göy məscid"in qarşısı, mərkəz istiqamətində piyada vurulması ilə nəticələnən bu yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Qutb.az-a bildirib ki, bu, yol hərəkəti iştirakçıları üçün ibrət dərsi və ciddi xəbərdarlıq olmalıdır:

"Aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsində piyadaların çox hissəsi keçidlərdən istifadə edir. Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yol verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini təhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digər bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflər olsun ki, belə olduqda piyadanın ölümü və xəsarəti ilə nəticələnən qəzalar qeydə alınır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bu mövzu daim diqqətdə saxlanılır və əsas məqsədimiz də ondan ibarətdir ki, yol hərəkəti iştirakçıları qəzaların iştirakçısı, qurbanı olmasınlar. Bir daha xahişimiz ondan ibarətdir ki, piyadalar keçidlərdə yolu keçərkən diqqətli olmalı, yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçiddən keçməlidirlər.
Sürücülər isə piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, keçidin olduğunu bildirən nişana diqqət yetirməli və piyadalara yol verməlidirlər. Qeyd edilənlərə laqeyd yanaşılmamalı və qaydalara əməl edilməlidir".

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur