Nigeriya prezidenti Bola Tinubu Afrika Futbol Konfederasiyasını (CAF) Liviyaya qarşı tədbir görməyə çağırıb.
QÜTB.AZ xəbər verir ki, "qartallar" keçən həftə Abukada Liviyanı 1-0 məğlub edib və bazar günü baş tutacaq cavab matçı üçün Liviyada Benqaziyə getməli idilər. Lakin onların uçuşu 200 km məsafədə tərk edilmiş Əl-Abak hava limanına yönləndirilib. Orada yeməksiz, susuz və rabitəsiz saxlanılıblar. Nigeriyanın kapitanı Uillyam Troost-Ekonq bazar ertəsi axşam video vasitəsilə Nigeriyaya sağ-salamat qayıtdıqlarını açıqlayıb.
“Prezident Tinubu Nigeriya komandasının təhlükəsiz geri qayıtmasına sevinir və onlara qarşı qeyri-insani rəftardan sonra tezliklə ədalət tələb edir. Prezident Bola Tinubu Liviya hava limanında Nigeriya komandasına qarşı qeyri-insani rəftardan dərin sarsıntı keçirib.
Prezident TiCAF İntizam Komissiyasından təşkilatın qaydalarını və nizamnaməsini qəsdən pozan şəxslərə qarşı hərtərəfli araşdırma aparılmasını və müvafiq tədbirlər görməsini gözləyir", - deyə prezident ofisinin bəyanatında deyilir.
Qeyd edək ki, Liviya səlahiyyətlilərinin dəhşətli rəftarı səbəbindən Nigeriya Futbol Federasiyası bu günə planlaşdırılan matçda iştirak etməkdən imtina edib.
Qutb