08.04.25 | Bakı 16.03° C |
22:34:31
Lent :

UEFA klublara milyardlar ödəyəcək

08 fev 2024 09:00
İDMAN
ads
Advertisement

UEFA İcraiyyə Komitəsi 2024-2027-ci illərdə klublar arasında gəlirlərin bölüşdürülməsi sxemini təsdiqləyib.

Publika.az xəbər verir ki, ödənişlərin ümumi məbləği 4,4 milyard avro təşkil edəcək. Bunların 10%-i (440 milyon) avrokuboklarda iştirak etməyəcək klublara çatacaq. Eyni zamanda təsfinat mərhələləri keçməyən klublara 308 milyon avro ödəniləcək. 132 milyon avro isə “həmrəylik ödənişləri” olacaq.

Qalan pul avrokubokların iştirakçıları (93,5%) və UEFA (6,5%) arasında bölüşdürüləcək.

Avrokubok iştirakçıları bütün həmrəylik və digər xərcləri ödədikdən sonra 3,3 milyard avro alacaqlar. Turnirlər arasında faizlər 2021-2024-cü illərdə olduğu kimi qalacaq.

Maliyyə sxemi mayın 22-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur