İstər böyük, istərsə də kiçik bir idarədə, iş yerində tənha olanların da sayı az deyil. İstənilən statusda olan işçinin tənhalıq hissinin bir çox səbəbi var.
Publika.az xəbər verir ki, iş həyatında tənhalıq günümüzün iş dünyasının rəqabət quruluşu, eqoizm və pandemiya sonrası uzaqdan işləmək kimi faktorların təsiri altında ortaya çıxan bir problemdir. Bu vəziyyət işçilərin psixoloji sağlamlığına, iş məmnuniyyətinə və performansına mənfi təsir göstərir, hətta şəxsi həyatlarına da təsir edir.
Mənfi sosial münasibətlər, etibarsızlıq, idarəetmə problemləri, işdən narazılıq və karyera maneələri kimi amillər işçilərin tənhalıq hisslərini artıra bilər. Bu vəziyyət yalnız müəyyən statuslu işçilərə deyil, bütün səviyyələrə təsir göstərə bilər.
Bəs, iş həyatındakı təklik işçilərin əhval-ruhiyyəsinə, iş performansına və şəxsi həyatına necə təsir edir?
Yalnızlıq şəxsi həyatda olduğu kimi iş həyatında da bir çox səbəblərdən yaranır. Bu vəziyyət birbaşa işçinin statusu ilə əlaqələndirilə bilməz və yüksək səviyyəli menecerlərdən tutmuş aşağı səviyyələrə qədər hər kəsə təsir edə bilər. İş həyatında tənhalığın başqa bir ölçüsü emosional məhrumiyyətdir və çox vaxt ailə və dost münasibətlərinin zəif olması səbəb olur.
Eyni zamanda, araşdırmalar göstərir ki, yüksək dərəcədə kənarlaşmanı qəbul edən fərdlərin işdən məmnunluq səviyyəsi aşağı olur və işi tərk etmək niyyəti yüksək olur.
Fərdlərin iş mühitində tənhalıq hissindən qurtulmaq üçün ictimai əlaqələr qurması və bu əlaqələri diqqətlə idarə etməsi vacibdir.
Aysel Şahmar