31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Şərqi Antarktidada 46 buzaltı göl aşkar edildi

22 apr 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Çinli tədqiqatçılar Şərqi Antarktidanın buz örtüyündə 46 yeni buzaltı göl aşkar ediblər.

Publika.az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, Çin Qütb Araşdırma İnstitutu, Yer Elmləri Universiteti və Cənub Elm və Texnologiya Universitetinin tədqiqatçıları Şərqi Antarktidadakı buz təbəqələrini araşdırıblar.

Tədqiqatçılar "buz radarı" məlumatlarında görünən buz bazası əksinin dalğa formalarını təhlil etmək üçün yeni bir üsuldan istifadə etdiklərini və “Qamburtsev” dağ silsiləsini hərtərəfli araşdırdıqlarını bildiriblər.

Alimlər bu araşdırmanın Antarktidada buz təbəqələrinin dinamikasını və həyatın mərhələlərini anlamaqda əhəmiyyətli olduğunu vurğulayıblar. Onlar Antarktidanın altında təxminən 2400 metr qalınlığında buz təbəqəsi ilə örtülmüş müxtəlif buzaltı göllərin olduğunu diqqətə çatdırıblar.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur