21.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Bayırşəhər qapıları ilə bağlı RƏSMİ AÇIQLAMA

21 apr 2025 13:00
MƏDƏNİYYƏT
ads

Son günlərdə İçərişəhərin ətraf ərazilərində yerləşən və Bayırşəhər kimi tanına Bakının tarixi binalarının yerləşdiyi ərazidə qədim qapıların baxımsızlığı ciddi müzakirələrə səbəb olub.

Müşahidələr Bayırşəhərin memarlıq abidələri, qədim qapıları bu gün diqqətdən tamamilə kənar, çürüməyə məhkum edildiyini göstərir. İllərdir ki, bu ərazidə yerləşən tarixi yaşayış binalarının restavrasiya olunmaması Bakının tarixi görünüşünü məhv etməklə yanaşı tarixi binalara diqqətsizliyin göstəricisinə çevrilib. 

Mövzu ilə bağlı Qutb.az-ın sorğusuna Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Bakı şəhərində yerləşən tarixi abidə olan binalar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansında olmadığından, həmin binalarda və ya onların hər hansı bir hissəsində təmir-bərpa işlərinin aparılması Dövlət Xidmətinin səlahiyyətinə daxil deyil. 

Qurumdan o da bildirilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tarixi abidələrdə təbir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. 
 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur