Avroviziya qalibimiz Nigar Camal mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
QÜTB.AZ xəbər verir ki, Nigar dünən anım günü olan duet ortağını bu sözlərlə anıb:
“Mənim canım Aygünüm, nə yaxşı ki, sənin kimi sənətkarı tanıdım. Unudulmaz bir duetə imza atdıq, gözəl xatirələrimiz oldu. Bir il keçdi, amma Aygün Bəylərin səsi və ruhu qəlbimizdə yaşayır. Onun sənəti əbədi, yoxluğu isə hər zaman hiss olunacaq. Allah rəhmət eləsin. Yerin behişt olsun”.