Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.
Publika.az "Oxu.az"a istinadən xəbər verir ki, S.Cəfərov bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində çalışıb.
O, bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.
Qeyd edək ki, xidmətin əvvəlki rəisi Bəxtiyar İsmayılov tutduğu vəzifədən dünən azad edilib.