"Real" ispaniyalı yarımmüdafiəçisi Brahim Diazın hansı ölkənin milli komandasında çıxış edəcəyi nəhayət müəyyənləşib.
Publika.az xəbər verir ki, əvvəlcədən gözlənildiyi kimi o, Mərakeş millisində çıxış edəcək. 24 yaşlı yarımmüdafiəçi Anqola (22 mart) və Mavritaniya (27 mart) ilə yoldaşlıq oyunları üçün sözügedən yığmanın düşərgəsinə dəvət alıb.
Brahim Diaz Malaqada anadan olub və İspaniyanın aşağı yaş qrupları üzrə millisində çıxış edib. O, hətta əsas komandanın heyətində - 2021-ci ilin yayında Litva ilə yoldaşlıq oyununda (4:0) oynamağı və qol vurmağı bacarıb.
Lakin sonradan Brahim Diaz İspaniya millisinə dəvət olunmayıb. Bundan sonra o, Mərakeş yığmasına üstünlük verdi. Buna səbəb ata tərəfdən mərakeşli olmasıdır.
Heybət