“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının hücumçusu Paulo Dibalanın yeni zədəsindən danışıb.
Publika.az xəbər verir ki, Mourinyo Dibalanın “Roma2 üçün əvəzedilməz futbolçu olduğunu bildirib.
“Dibalasız oynamağın yolunu tapmaq? Bu, Qvardiolanın Haalandı kiminlə əvəzləyəcəyinə qərar verməsi ilə eyni deyil. “Mançester Siti”də də Alvares var. Oxşar paralelləri digər klublar üçün də aparmaq olar. Poçettinoda Sterlinq yoxdursa, Mudrik oynayır. Kloppun Diası yoxdursa, Jota var.
Dibala xüsusi oyunçudur və onun kimi başqa oyunçumuz yoxdur. Əgər kimsə Paulonun yoxluğunda “Roma”nın başqa komandaya çevrildiyini başa düşmürsə, o zaman onlara deyəcək sözüm yoxdur”, – “TuttoMercatoWeb” Mourinyodan sitat gətirib.
Dibala 2022-ci ildən “Roma”da çıxış edir. Bu mövsüm forvard romalıların heyətində bütün turnirlərdə 18 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.
Daha əvvəl Dibala ilə “Çelsi”nin maraqlandığı bildirilirdi.