Rusiyanın gənclərdən ibarət çimərlik voleybolu komandasının oyunçusu Arina Mixaylina 21 yaşında ölüb.
Publika.az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Dünən axşam saatlarında çimərlik voleybolçusu “Zareşye” və ölkənin gənclərdən ibarət yığmasının oyunçusu Arina Mixaylina vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə qrumun açıqlamasında qeyd olunub.
İlkin məlumata görə voleybolçu intihar edib.
Heybət