07.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İdmançıların hücum etdiyi şəxs DSX mayorudur

05 yan 2025 20:00
HADİSƏ
ads

Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

QÜTB.AZ "Qafqazinfo”ya istinadla xəbər verir ki, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.

Artıq hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

İdmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, "Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur