Amerikalı boksçu Kevin Conson Rusiya pasportu alıb.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı hüquqi informasiya portalında dərc olunub.
İdmançı 2023-cü il aprelin 1-də Rusiya vətəndaşlığını almaq istəyi ilə Putinə müraciət edib.
Avqustun 9-da Conson Putinin şərəfinə adını dəyişdiyini bildirib. Boksçu indi adının Kevin Vladimiroviç olacağını qeyd edərək, Rusiya prezidentinə böyük kompliment etmək istədiyini bildirib.
44 yaşlı Conson peşəkar rinqdə 60 döyüş keçirib və 36 qələbə qazanıb. 18 avqust 2023-cü ildə Moskvada keçirilən son döyüşdə idmançı rusiyalı Mark Petrovskiyə uduzub.