Neymar növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Publika.az xəbər verir ki, onun şəxsi həyatı Braziliya mediasının bu dəfə model və realiti-şou ulduzu Amanda Kimberley ilə üçüncü övladını gözlədiyini elan etdikdən sonra yenidən diqqət mərkəzinə düşüb. Bu informasiya Neymarın onsuz da mübahisəli olan şəxsi həyatına daha bir yenilik əlavə edib.
Neymarın Amanda Kimberley ilə münasibətinin MTV realiti-şousunda olduğu günlərə təsadüf etdiyi bildirilir. Amanda Sao Pauloda yaşayır, model kimi işləyir və İnstaqramda 200 mindən bir qədər çox izləyicisi var.
Braziliya mediası hazırda qadının üç aylıq hamilə olduğunu və Neymarın üçüncü övladını gözlədiyi üçün həyatında gözlənilməz dönüş etdiyini yazır.
Dünyanın ən məşhur futbolçularından biri olan Neymarın övladının doğulmasını səbirsizliklə gözlədiyi deyilir ki, atalıq müəyyən etmək üçün rutin prosedur olan DNT testindən keçsin.