"Roma " Joze Mourinyonu komandanın baş məşqçisi postundan uzaqlaşdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Roma" Joze Mourinyo və texniki heyətinin klubu tərk etdiyini bildirir. Əsas komandanın yeni məşqçi heyəti ilə bağlı əlavə xəbərlər tezliklə açıqlanacaq”, - Roma klubunun “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabında deyilir.
“Biz kluba qoşulduqdan sonra göstərdiyi ehtiras və səyə görə hamımızın adından Jozeyə təşəkkür etmək istərdik. Onun “Roma”dakı vaxtı ilə bağlı hər zaman gözəl xatirələrimiz qalacaq, lakin biz dəyişikliklərin klubun maraqlarına uyğun olduğuna inanırıq.
Xose və köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”, - Roma klubunun rəsmi saytı rəhbərliyinin sözlərindən sitat gətirib.
İtaliya çempionatının 20 turundan sonra "qurdlar" 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.
Portuqaliyalı mütəxəssis 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edirdi.
2021/2022 mövsümündə onun rəhbərliyi altında "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “qurdlar” Avropa Liqasının finalına yüksəlib.