Əməkdar artist Könül Kərimova sevgidən bəhs edib.
Publika.az yenisabah.az-a istinadən xəbər verir ki, ARB telekanalında yayımlanan "Xəbər-ətər" verilişində qonaq olan sənətçi bugünkü gənclərin sevgisinin saxta olmasından gileylənib:
"Təəssüf ki, indiki gənclər üçün sevgi əl-ələ tutub bulvara gedib gəzməkdir. Sevgi başqa duyğudur. Gənclər bu gün nişanlanırlar, sabah nişanı qaytarırlar, bu gün evlənirlər sabah ayrılıb, boşanırlar. Sanki bütün bunlar oyuna bənzəyir. Əsl sevgi 5 günə, 5 aya, 5 ilə bitə bilməz. Əsl sevgi illərlə davam edir. Fikir versəniz, görərsiniz ki, adi məsələlərə görə münasibətlər pozulur. Baxıb görürsən ki, o iki gəncin arasında əsl sevgi olmayıb. Tamam başqa bir duyğudur. Onun adı heç bilmirəm nədir..."