01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Türkiyədə iğtişaşlar səngimir: 474 nəfər saxlanıldı

02 iyl 2024 16:00
GÜNDƏM
ads

"Polis Türkiyənin cənubundakı Kayseri vilayətində baş verən iğtişaşlardan sonra 474 nəfəri saxlayıb".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsind məlumat verib.

O, Kayseri hadisəsindən sonra Türkiyənin bəzi şəhərlərində suriyalılara qarşı etirazların təşkil edildiyini bildirib.

“Qanunsuz vasitələrlə həyata keçirilən təxribat xarakterli hərəkətlərdən sonra 474 nəfər saxlanılıb”, - deyə o yazıb.

Yerlikayanın sözlərinə görə, saxlanılanlar arasında 285 nəfər müxtəlif cinayətlərə görə məhkum olunub. O, həmçinin sakinləri təmkinli olmağa, təxribatlara boyun əyməməyə çağırıb.

Xatırladaq ki, iyunun 30-da suriyalı qaçqının uşağa hücumu ilə bağlı xəbərlərlərin yayılmasından sonra Türkiyənin bir sıra şəhərlərində - xüsusilə Kayseri, Hatay, Qaziantepdə yerli əhalinin iştirakı ilə böyük etiraz aksiyalrı keçirilib.

Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan iğtişaşlarda müxalifətin “zəhərli” hiylələrini günahlandırıb. O, etirazçıların hərəkətlərini qəbuledilməz adlandırıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur