28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Hindistanla Kanada arasında gərginlik artdı - Diplomatlar qovulur

15 okt 2024 04:00
DÜNYA
ads
Advertisement

Hindistan Xarici İşlər Nazirliyi ölkənin Kanadadakı səfiri Sancay Kumar Varmanı və bir neçə digər diplomatı təhlükəsizliklə bağlı narahatlıqlara görə geri çağırmaq qərarına gəlib.

QÜTB.AZ xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Ekstremizm və zorakılıq şəraitində Trüdo hökumətinin hərəkətləri diplomatların təhlükəsizliyini təhlükə altına qoyub. Hazırkı Kanada hökumətinin onların təhlükəsizliyinə sadiqliyinə inanmırıq. Buna görə də Hindistan hökuməti səfiri və digər təqib edilən diplomatları və rəsmiləri geri çağırmaq qərarına gəlib”, - qurumdan bildirilib.

Bəyanatda bildirilir ki, altı Hindistan diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar Kanadadan çıxarılma bildirişi alıb.

Xatırladaq ki, daha əvvəl Hindistan XİN Kanadanın rəsmi Delhinin Ottavadakı səfirinin Kanadanın sinqh icmasının liderlərindən biri Hardip Sinqh Nicara qarşı sui-qəsddə iştirak etməsi ilə bağlı ittihamlarını rədd edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur