29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Prezident xalqa ÇAĞIRIŞ ETDİ: "Onları mənə çatdırın, imza atım"

28 may 2024 19:00
GÜNDƏM
ads
Advertisement

Gürcüstan Prezidenti Salome Zurabişvili "Xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyası iştirakçılarına müraciət edib və referendum keçirilməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə SOVA məlumat yayıb.

“Bu gün əsəbisiniz? Qəzəbli olun, amma gəlin mətləbə keçək. Məsələ ondadır ki, biz real referendum hazırlamalıyıq. Sizdə olan enerji imza toplamağa və onları mənə çatdırmağa yönəlməlidir ki, mən referendum çağırışına imza atım - biz Avropanın gələcəyini və ya Rusiya əsarətini istəyirik”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Gürcüstan parlamentinin 84 deputatı bunu həll edə bilməyəcək.

"Biz qərar verəcəyik - hamımız birlikdə", - siyasətçi deyib.

Mayın 28-də Gürcüstan parlamenti plenar iclasda Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna veto qoymasını aradan qaldırıb. 150 deputatdan 84-ü təşəbbüsün lehinə səs verib.

Həmin gün bu təşəbbüsə qarşı çıxan vətəndaşlar Gürcüstan parlamentinin binasına toplaşıblar.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur