MLS-də yeni mövsümün açılış oyununda "İnter Mayami"nin "Real Solt Leyk"i məğlub etdiyi (2:0) barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, həmişə olduğu kimi bu görüşdə də diqqətlər komandanın kapitanı Lionel Messinin üzərində olub. Argentinalı superulduz bu görüşdə qol vurmasa da, asist edə bilib.
Ancaq Messinin qol vurmaq üçün kifayət qədər imkanı olub. 17-ci dəqiqədəki cərimə zərbəsi zamanı buna yaxın olub. Topu qapının "doqquzluğ"una göndərsə də, meydan oyunçularından biri qolun qarşısını ala bilib. Maraqlıdır ki, zərbədən əvvəl artıq qapıda 3 rəqib oyunçusu olub. Ortada qapıçı, onun sağ və solunda meydan oyunçuları dayanıb.
Görünür bununla standart vəziyyətlərdən yaxşı yararlanan Leonun qarşısını ala biləcəklərini düşünüblər. Eyni zamanda, bu müdafiə üsulunun dünyada trend ola biləcəyi də ehtimal edilir.
Heybət