Ermənistan bəyan edib ki, İrəvanın “Zvartnots” hava limanında sərhəd nəzarətinin həyata keçirilməsində Rusiyanın köməyinə ehtiyac yoxdur.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə bu gün – martın 12-də keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin əlavə edib ki, “Zvartnots”dakı xidmətlərinə görə Rusiya hərbçilərinə minnətdarlıq edib, ancaq bundan sonra onların dəstəyinə ehtiyac yoxdur. Paşinyan aydınlaşdırıb ki, ölkədə dövlət institutları inkişaf edir, bunun nəticəsində Ermənistan sərhəd xidməti Yerevan hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək üçün kifayət qədər imkan və təcrübə əldə edib.
Tural