"İnter Mayami"nin hücumçusu Lionel Messinin Fort Lauderdeyldə (Florida, ABŞ ) qonşusu olan Patrik Bet-David futbolçunun gəlişinin onun əmlakının qiymətinə necə təsir etdiyini danışıb.
Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Onun dediyinə görə, evinin dəyəri 25 milyon dollar artıb və hazırda 45 milyondur.
“Messi bu əraziyə köçdü və indi hamı burada yaşamaq istəyir. Bura tək girişi olan hasarlanmış ərazidir. Bu, çox təhlükəsiz və rahat ərazidir", – Bet-David bildirib.
Dekabrın 6-da Messi ABŞ-da həyata uyğunlaşmağın çətinliklərindən danışıb. Futbolçunun sözlərinə görə, o, heç nədən şikayət edə bilməz.
"Bəlkə də uyğunlaşmaqda ən çətin şey tıxaclardır. Baxmayaraq ki, Parisdə buradan da çətin idi”, - Messi bildirib.
36 yaşlı Messi iyulun 15-də "İnter Mayami"nin heyətinə qoşulub. Onun klubla müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir. Komandanın tərkibində o, Liqa Kubokunu qazanıb.
Hüseyn İbadlı