24.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Rusiya bu şəhəri bombaladı - ÖLƏNLƏR VAR 

24 noy 2025 00:00
DÜNYA
ads

Rusiyanın Dnepropetrovsk vilayətinin Marqanets şəhərində hava hücumu nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb, Nikopol rayonunda isə daha beş nəfər xəsarət alıb.

Qutb.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayətinin Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko sosial mediada məlumat verib.

Onun sözlərinə görə, Marqanetsdəki zərbələrdən birində 42 yaşlı qadın və 39 yaşlı kişi həlak olub. Nikopol rayonunda beş nəfər yaralanıb: 59 yaşlı kişi və 21, 48, 52 və 69 yaşlı qadınlar. Həkimlər sonuncunun vəziyyətinin ağır qiymətləndirirlər.

Bundan əlavə, Ukraynanın yaşayış məntəqələrində bir neçə yanğın baş verib və təxminən on yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. İnfrastruktur, iki beşmərtəbəli bina, fərdi ev, mağaza, qaraj, eləcə də avtomobillər, yardımçı tikililər və qaz boru kəməri zədələnib. Qayvanenko əlavə edib ki, gecə hücumu nəticəsində Dneprdə zərərçəkənlərin sayı artıb - hazırda onların sayı 16 nəfər təşkil edir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur