İspaniyanın Valensiya şəhərində yaşayış binasını əhatə edən yanğın nəticəsində azı 4 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Publika.az xəbər verir ki, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 12 nəfər isə xəstəxanalara yerləşdirilib.
İspaniya dövlət televiziyası “TVE” 14 mərtəbəli binada 130-dan çox mənzilin olduğunu və 22 yanğınsöndürmə briqadasının yanğınla mübarizə apardığını bildirib.
Valensiya Sənaye Mühəndisləri Assosiasiyasının vitse-prezidenti Ester Puçades bildirib ki, yanğının bu qədər sürətlə yayılmasının səbəbi binanın çox tez alışan poliuretan materialla örtülməsi olub.
Roza