29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Putin hədələdi: miqrantlar təşvişdə...

30 mar 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Tacikistanın Əmək, Miqrasiya və Vətəndaşların Məşğulluğu Nazirliyi Rusiyadan əmək miqrantlarının axınının çox olduğunu deyib.

Publika.az xəbər verir ki, bu barədə respublikanın əmək nazirinin müavini Şahnoza Nodiri məlumat yayıb.

“Çoxlu zənglər olur. Vətəndaşlarımız qorxu, həyəcan, çaşqınlıq içindədir. Onların əksəriyyəti Rusiyanı tərk etmək istəyirlər”, - nazir müavini qeyd edib. O bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır.

Nazirlik rəsmisi əlavə edib ki, Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də “gündəlik səviyyədə” qeydə alınır və “Krokus”da baş verən terror aktından sonra Əmək Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinə qarşı hədələr gəlib.

Qeyd edək ki, Krasnoqorskda konsert zalında baş verən terror aktı ilə bağlı Tacikistanda faciəni törədənlərlə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb. Bundan sonra respublika hakimiyyəti əmək miqrantlarının ekstremist icmalara cəlb olunmasının qarşısını almaq üçün onlarla izahat işlərini gücləndirib. Nodiri qeyd edib ki, sosial şəbəkələr vasitəsilə miqrantların işə cəlb olunmasının qarşısının alınmasına xüsusi diqqət yetirilir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur