07.04.25 | Bakı 11.03° C |
01:13:38
Lent :

MDB-nin müşahidə missiyası: Seçki azad, şəffaf və qanunlara uyğun keçirilib

08 fev 2024 08:00
GÜNDƏM
ads

MDB-nin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Publika.az xəbər verir ki, brifinqdə MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev çıxış edib.

O səriştəli və dəqiq işə görə təşəkkür edib: “Keçirilən prezident seçkilərində 160-dan çox MDB müşahidəçisi iştirak edib. Lakin Ermənistan, Moldova və Ukrayna iştirak etməyib. İlk növbədə qeyd edək ki, seçici fəallığı yüksək olub.

Müşahidəçilərimiz artıq neçə həftədir ki, Bakıdadılar. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. İnsanların üzü çox gülürdü. Azərbaycanlı seçici və müşahidəçilərlə söhbətlər aparırdım. Hər biri çox səmimi idilər. Seçkilərdə iştirak edən namizədlərin hər biri yüksək səviyyədə təmsil olunurdu. Postsovet məkanında keçirilən ən davamlı və şəffaf seçki idi. Bütün namizədlər xalqla çox səmimi söhbətlər aparırdılar. Müşahidələrimiz sübut edir ki, seçki azad, şəffaf və qanunlara uyğun keçirilib”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur