29.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edib

28 iyl 2025 22:00
GÜNDƏM
ads

Bakıda tanınmış futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məhkəmə qarşısına çıxarılıb.

 

Qutb.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən şəxs 1980-ci il təvəllüdlü, Ucar rayon sakini A.S.-dir. 

 

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə ittiham olunub.

 

İstintaqla müəyyən edilib ki, A.S. 2022-ci il iyunun 1-dən 7 saylı "ASAN Xidmət" mərkəzində baş mütəxəssis vəzifəsində çalışıb. Zərərçəkmiş şəxs Cavid Tağıyevin həyat yoldaşı G.M. də eyni qurumda baş mütəxəssis işləyib və təqsirləndirilənlə yaxın rəfiqə olublar.

 

A.S.-nin təxminən 5 min manat borcu olduğu üçün o, G.M.-in evindən oğurluq etməyə qərar verib. Əvvəlcə "ASAN Xidmət"in əməkdaşlarının çantalarını qoyduğu otağa daxil olaraq G.M.-in çantasından ev açarını oğurlayıb. 2024-cü ilin iyun ayında G.M. ailəsi ilə Türkiyəyə istirahətə yollandıqdan sonra A.S. onun mənzilinə daxil olaraq 6 min 500 manat dəyərində əmlak oğurlayıb. Bu hadisədən ev sahibləri 8 ay xəbərsiz olublar.

 

A.S. növbəti oğurluğu 2025-ci il yanvarın 1-də törədib. Belə ki, Cavid Tağıyev ailəsi ilə Tovuz rayonuna yollanıb. A.S. bu dəfə onun mənzilinə daxil olaraq aşağıdakı əşyaları oğurlayıb:

 

* 2 500 manat dəyərində "Tissot" markalı kişi qol saatı;

 

* 6 000 manat dəyərində ağ qızıldan nişan üzüyü;

 

* 800 manat dəyərində üç cüt uşaq qızıl sırğası;

 

* 700 manatlıq daha bir "Tissot" kişi qol saatı;

 

* 400 manatlıq qızıl sırğa;

 

* 50 manatlıq cins gödəkcə;

 

* 50 manatlıq digər bir gödəkcə;

 

* 30 manatlıq cins şalvar;

 

* 400 manatlıq "Canon" fotoaparatı;

 

* 300 manat nağd pul.

 

Nəticədə zərərçəkmişə ümumilikdə 11 min 230 manat maddi ziyan dəyib.

 

Hadisədən xəbər tutan Cavid Tağıyev hüquq-mühafizə orqanlarına müraciət edib və A.S. saxlanılıb. O, vəzifəsindən azad edilib. İstintaq dövründə A.S. vurduğu maddi ziyanı tam şəkildə ödədiyi üçün Cavid Tağıyevin ailəsi ondan şikayətçi olmayıb.

 

Məhkəmə A.S.-yə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Belə ki, onun 2 ay 2 gün həbsdə, 3 ay 29 gün isə ev dustaqlığında keçirdiyi müddətlər nəzərə alınaraq, ümumilikdə cəzanın 1 il 2 günü çıxılıb və nəticə olaraq 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası qüvvədə saxlanılıb. Bu müddət ərzində A.S. elektron qolbaqla nəzarətdə olacaq.

 

Qeyd edək ki, Cavid Tağıyev peşəkar karyerası ərzində "Turan Tovuz", AZAL, "Qarabağ", "Zirə", "Sumqayıt", "Sabah", "Səbail" və "Cəbrayıl" klublarında çıxış edib, son olaraq 1-ci liqa təmsilçisi MOİK-in formasını geyinib. O, 2015-2016-cı illərdə Azərbaycanın əsas millisində iki oyuna çıxıb. 33 yaşlı yarımmüdafiəçi "Qarabağ"la iki dəfə Premyer Liqanın (2014/15, 2015/16), iki dəfə də Azərbaycan Kubokunun (2014/15, 2015/16) qalibi olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur