Uqandanı üç Olimpiadada təmsil etmiş atlet Bencamin Kiplaqat Keniyada bıçaqlanaraq qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 2012-ci ildə London Olimpiadasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışının yarımfinalçısı olan 34 yaşlı idmançı atletlər üçün təlim mərkəzində - Keniyanın Eldoret qəsəbəsi yaxınlığında avtomobildə boynundan və sinəsindən bıçaqlanmış vəziyyətdə tapılıb.
Qətl hadisəsi ilə bağlı bəyanat yayan Dünya Atletikası Federasiyası idmançının öldürülməsindən sarsıldıqlarını bildirib.