Türkiyənin cənub-şərqində, Kahramanmaraş vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Moskva vaxtı ilə saat 23:20-də Nurhak bölgəsində qeydə alınıb. Zəlzələnin ocağı 6,97 km dərinlikdə yerləşib.
Zəlzələnin fəsadları barədə hələ ki, məlumat yoxdur.
Hüseyn İbadlı