21.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Qran-Prisinin qalibi məlum oldu

21 apr 2025 00:00
İDMAN
ads
Advertisement

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının - Səudiyyə Ərəbistanı Qran-Prisinin beşinci raundunda qalib gəlib.

 

Qutb.az xəbər verir ki, yarış Ciddə şəhər trekində baş tutub.

 

İkinci yeri “Red Bull”dan niderlandlı pilot Maks Ferstappen tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Çarlz Lekler tamamlayıb.

 

Piastri 99 xalla ümumi çempionat cədvəlinə başçılıq edir. İkinci yerdə onun komanda yoldaşı britaniyalı Lando Norris (89 xal), ilk üçlüyü isə son dörd dünya çempionatının qalibi Ferstappen (87) tamamlayır.

 

Mayın 2-dən 4-dək Mayamidə (ABŞ, Florida) dünya çempionatının altıncı mərhələsi keçiriləcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur