Əfsanəvi ingilis futbolçu Devid Bekhem bağçılıqdakı uğurlarını bölüşüb.
QÜTB.AZ xəbər verir ki, o, müvafiq fotonu “Instagram”da paylaşıb.
“Düşünürəm ki, bu gün yaxşı gün idi”, – deyə yazan Devid Bekhem paylaşıma kök, brokoli və kartof emojilərini də əlavə edib.
Qeyd edək ki, Devid 2013-cü ildə peşəkar karyerasını başa vurub. O, hazırda model və biznesmen kimi fəaliyyət göstərir. Eyni zamanda “İnter Mayami” klubunun həmsahibidir.