03.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Prokurorluğa qəbulla bağlı imtahan keçiriləcək

03 noy 2025 16:00
GÜNDƏM
ads

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi vaxtı məlum olub.

Bu barədə Qutb.az-a BAş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ildə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsi 14 noyabr 2025-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı ş. Yasamal r. Ayna Sultanova küçəsi 5) keçiriləcək.

Namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks etdirilib.

Namizədlər "Yazılı imtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı Baş Prokurorluğun //hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub çap etməlidirlər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur